7 Noyabr 2021 19:24
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 2 aylıq körpə qız uşağı 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına “Körpələr Evinin” əməkdaşları tərəfindən gətirilib.

Xəstəxandan Teleqraf.com-a verilən məlumata görə, körpə müayinədən keçib və hazırda vəziyyəti normaldır:

“O, süni qida alır, hər hansı bir xəstəliyi aşkarlanmayıb. Onun çəkisi 4 kiloqramdan artıqdır, boyu isə 58 santimetrdir. Körpənin “Uşaq Evinə” kimin təhvil verdiyi barədə isə məlumatımız yoxdur” - deyə xəstəxanadan bildirib.

Məlum olub ki, ana qız uşağını körpələr evinə verib.

xxx

Gəncə şəhərində 2 aylıq uşaq küçəyə atılıb.

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, qız uşağı olan körpəni tanımadığı şəxslər tapıb və 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.

Körpə müayinə olunub və hazırda vəziyyəti normaldır. Körpə süni qida alır, hər hansı bir xəstəliyi yoxdur. Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 sm dir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər