Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.