11 Noyabr 2021 21:55
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində fəaliyyət göstərən “Aura” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Teleqraf.com-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər