Dünən gecə saatlarından etibarən Gədəbəy rayonuna qar yağıb.
Teleqraf.com xəbər verir ki, qar rayonun əsasən dağ kəndlərinə yağıb. Qarın qalınlığı təxminən 15-20 sm-ə çatıb.
Hazırda rayon mərkəzindən dağ kəndlərinə aparan avtomobil yolları qardan təmizlənib və işlək vəziyyətdədir.