6 May 2014 15:58
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniya Ştat Assambleyasında erməni lobbisinin təzyiqi altında qətnamə layihəsi irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, qəbul olunacağı təqdirdə qondarma “DQR”-in tanınması xahişi ilə ABŞ hökumətinə müraciəti nəzərdə tutan qətnamə layihəsi mayın 5-də Assambleyanın Qaydalar Komitəsində müzakirə olunub. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu hərəkətə keçərək qətnamə layihəsinin qəbulu əngəlləməyə çalışır.

Qeyd edək ki, erməni lobbisi qətnamənin Assambleyanın plenar iclasının müzakirəsinə mayın 8-də – Şuşanın işğalı günü çıxarılmasını planlaşdırır. Onu da bildirək ki, qətnaməni qəbul etmiş Qaydalar Komitəsinin bir üzvü – Adrin Nazaryan erməni əsillidir. Komitənin sədr müavini Skott Vilkin isə həyat yoldaşı ermənidir və özü bu yaxınlarda erməni milli qriqoryan dinini qəbul edib.

Səxavət


Müəllif: