14 Noyabr 2021 11:55
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İorina Natalya Vyaçeslavovna barəsində heç bir inzibati, cinayət icraatı yoxdur. Onun özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə polis şöbəsinə dəvət olunaraq, həkim nəzarətinə verilib".

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Hazırda sağlamlıq vəziyyəti sabitdir. Bu saatlarda yaşadığı ünvana göndərilməsi təmin olunacaqdır. Onun siyasi baxışlarına görə saxlanılması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır. Onu narahat edən hallarla bağlı araşdırmalar davam etdirilir", - Elşad Hacıyev qeyd edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər