15 Noyabr 2021 12:49
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda qəbiristanlıqdan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Yevlax rayon polis şöbəsinə Malbinəsi kənd qəbiristanlığındakı 2 məzarın ətrafından 4 000 manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov