20 Noyabr 2021 11:52
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minlərlə insan İranın üçüncü böyük şəhəri İsfahana həyat verən Zayende çayının qurumasına etiraz edib.

Teleqraf.com xəbər verir ki, İsfahan bölgəsində quraqlıq olsa da, fermerlər çayın istiqamətinin dəyişdirilməsi səbəbindən quruduğunu iddia edib, səlahiyyətliləri günahlandırıblar.

Urmiya gölündən sonra ölkədə mühüm su ehtiyatlarından biri olan Zayende çayının quruması ilə əlaqədar İsfahanda fermerlərin başlatdığı nümayişə şəhər əhalisi də dəstək verib. Nümayişlər minlərlə insanın iştirak etdiyi aksiyaya çevrilib.

“Bizim Zayende çayı hanı?", "Zayəndə çayı, yoxsa Ölü çay?" əllərində yazılı plakatlar qaldıran fəallar şüarlar səsləndirərək, çayın dirçəlməsi üçün hakimiyyətdən lazımi addımların atılmasını istəyiblər.

Fermerlər çayın Yəzd əyalətinə yönəldilməsi səbəbindən quruduğunu iddia edərək hökuməti günahlandırdılar.

Aksiyadan sonra Energetika və Kənd Təsərrüfatı nazirliklərinin rəsmiləri qeyd ediblər ki, lazımi tədbirlər görüləcək, lakin suyun qurumuş çaya gəlməsi üçün aylarla vaxt lazımdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər