20 Noyabr 2021 14:53
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son üç gün ərzində Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat keçirilib və nəticədə 6 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Bəxtiyar Qəniyev, Natiq Tağıyev, Elton Bədəlov, Əlişərəf İsmayılov, Zöhrab Lətifov və Xızı rayon sakini Riad Ağabalayev saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin, marixuana və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov