İran Silahlı Qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı iddia edilən xarici gəmini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əhməd Haciyan açıqlama verib.
“Araşdırmadan sonra gəmidə 150 min litrdən çox qaçaq dizel tapılıb. Xarici gəmidəki 11 ekipaj üzvü həbs edilib. Donanma İran iqtisadiyyatını qorumaq üçün yanacaq qaçaqmalçılığı ilə qərarlı şəkildə məşğul olacaq”- deyə Haciyan bildirib.