Azərbaycanda gün ərzində ikinci zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində qeydə alınıb.
***
17:32
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Trend-ə açıqlamasında zəlzələnin Şamaxı ərazisində baş verdiyini, bir çox rayonlarda hiss olunduğunu deyib.
"Zəlzələ yerli vaxtla saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub" - deyə, o bildirib.
***
17:12
Azərbaycanda zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Yeraltı təkanların Abşeron, Şamaxı, Ağsu, Quba, Xaçmaz rayonlarında hiss olunduğu bildirilir.
Hələlik rəsmi məlumat verilməyib.