Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Daşsalahlı kəndində baş verib.
1986-cı il təvəllüdlü Osmanova Ramilə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumata görə, 35 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.