Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, noyabrın 20-də saat 6 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Sabirabad rayon sakini İ.Əliyevin idarə etdiyi “Ford” və Ağdam rayon sakini S.Həsənlinin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
Nəticədə İ.Əliyevin sərnişinlərindən Əmrulla İşiqov hadisə yerində ölüb, oğlu xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.