28 Noyabr 2021 15:05
323

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Füzulidə minaya düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

Ehsan Zahidov qeyd edib ki, hadisə Şukürbəyli kəndində baş verib.

Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.


Müəllif: Hacı Zeynalov