Bakının Xəzər rayonunda silahlı şəxsə qarşı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ş.Rəcəbovsaxlanılıb.
Onun yaşadığı Şüvəlan qəsəbəsindəki evinə baxış zamanı oradan nömrəsi silinmiş pnevmatik tapança, 15 ədəd patron və patron darağı aşkar edilib.