Qusar rayonunda ev yanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Gündüzqala kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli (hər mərtəbəsi 150 m², aynabənd və pilləkən qəfəsi taxta konstruksiyalardan ibarət) aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 260 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1981-ci il təvəllüdlü Babayev Əsfər Əmirağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.