4 Dekabr 2021 21:47
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada peyvənd əleyhinə olduğu bildirilən bir tibb işçisi COVID sertifikatı almaq üçün "saxta qol"la peyvənd olunmağa çalışıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Biella qəsəbəsində baş verib.

50 yaşlı bir şəxs peyvənd mərkəzinə gedib, lazımi sənədləri doldurub və vaxtı çatanda qolunu açıb. Lakin peyvəndi tətbiq etməyə gedən tibb bacısı dəri rənginin qola uyğun gəlmədiyini görüb. Qolda heç bir damar izi görməyincə şübhəyə düşən tibb bacısı ondan köynəyini tamam çıxarmağı istəyib.

Bir müddət müqavimət göstərən və tibb bacısını peyvəndi hazırlaması üçün razı salmağa çalışan şəxsin silikondan hazırlanmış saxta qolla peyvənd almağa gəldiyi məlum olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər