Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, İran vətəndaşı, 1999-cu il təvəllüdlü Ali Rza Mahmudi mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.
Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.