Göygöl rayonu Zurnabad kənd sakini Gülnarə Hüseynova noyabr ayının 18-də Göygöl rayonunda yaşayan qohumunun evindən çıxaraq bir daha geri qayıtmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
“Həmin şəxsin əlamətləri belədir: Boyu 158 sm, saçları uzun və sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Evdən çıxarkən onun əynində qara rəngli ətək, xaki rəngli qış gödəkcə, qara dikdaban ayaqqabı və açıq mavi rəngli əl çantası olub”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 202-39-59 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.