5 Dekabr 2021 14:52
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə iki nəfərin ölümü ilə nəticələnəm yol qəzası baş verib.

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Cavadbəy Rəfibəyli küçəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetməni itirən sürücü ilk olaraq təxminən 12-13 yaşlarına olan məktəblini vurub daha sonra, ağaca çırpılıb.

Zərbənin təsirindən azyaşlı qız uşağı hadisə yerində, sürücü isə xəstəxanaya aparılarkən keçinib.

Araşdırma zamanı qəza zamanı ölən şəxslərin kimliyi müəyyən edilib.

Onlar 2005-ci il təvəllüdlü Əlizadə Numan Namiq oğlu və 2008-ci il təvəllüdlü İbrahimova Nazlı Elşad qızıdır.


Müəllif: Teleqraf.com