5 Dekabr 2021 15:39
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Rayon sakini Sərxan Abdurəhimovun COVID-19 testinin nəticəsi pozitiv olmasına və ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

Həmin şəxs polis əməkdaşları tərəfindən şəhər ərazisində aşkarlanıb. S.Abdurəhimovla izahedici söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Göyçay rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər