5 Dekabr 2021 18:12
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda 3 nəfər dəm qazından zəhərlənib.

Teleqraf.com xəbər verir ki, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, üç nəfər dəm qazından zəhərlənib, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılan zaman yolda ölüb. Dəm qazından zəhərlərənən daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Ölənlər arasında Türkiyə vətəndaşı da var.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com