5 Dekabr 2021 20:11
258

Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hadisə QarasaqqaI kəndində qeydə alınıb.

Yerli sakin, 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən sahibsiz itlər ona hücum edib. Heyvanlar Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.

Zərərçələn ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona quduzluq əleyhinə zərdab vurublar.


Müəllif: Teleqraf.com