6 Dekabr 2021 10:00
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də, saat 16 radələrində Cəlilabad rayonu, Sabirabad kənd sakini 1999-cu il təvəllüdlü Vüsal Əliyevin yaşadığı kənd ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Cəlilabad rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirmiş, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Akif Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər