Tovuz rayonunda qətl törədən şəxs saxlanılıb.
Teleqraf.com-un məlumatına görə, hadisə rayonun İbrahim Hacılı kəndində çay evlərinin birində qeydə alınıb.
Maksim Əhmədov adlı şəxs həmin çay evində çalışan iki qardaşı Fərman və Ənvər əlirzayevləri bıçaqlayıb. Nəticədə Ənvər Əlirzayev aldığı bıçaq zərbələrindən dünyasını dəyişib. Fərman isə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisə yerinin müayinəsi həyata keçirilib.
Faktla bağlı araşdırma aparılır.