9 Dekabr 2021 10:24
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Ağdam rayon polis şöbəsinin əməkdaşları rayonun Qiyaslı kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən döyüş sursatı aşkar ediblər.

Polis əməkdaşları 1 əl qumbarası, 1309 ədəd müxtəlif çaplı güllələr götürərək aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər