9 Dekabr 2021 10:29
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri olan 5 nəfərin - Samir Həsənov, Hafiz Hümbətov, Aqil Qurbanov, Rövşən Cəfərov və Ariz Bahadurovun aktiv koronavuris xəstələri olduqları halda müalicə aldıqları ünvanları tərk etdikləri müəyyən edilib.

Saxlanılan şəxslərin polis əməkdaşları tərəfindən müalicə aldıqları ünvanlara qaytarılması təmin edilib.

Bundan başqa, Füzuli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Bu xəstəliyə görə ev şəraitində müalicə təyin edilən rayon sakini Səccat Abdullayev özünütəcrid müddəti bitmədən yaşadığı ünvanı tərk edib. O, polis əməkdaşları tərəfindən rayon ərazisində saxlanılaraq müalicə aldığı ünvana geri qaytarılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər