9 Dekabr 2021 16:06
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində üzərində narkotik vasitə olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Daxil olan məlumat əsasında Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayon sakini Namiq Novruzov saxlanılıb.

İşğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı olan N.Novruzovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov