6 May 2014 17:09
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şuradan yalnız bir nəfər Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü istefa verib. Yerdə qalan KXCP-çilər Milli Şuranın üzvü kimi qalır”.

Bu sözləri Teleqraf.com-a KXCP Ali Məclisinin sədri Bəybala Əbil deyib.

Onun sözlərinə görə, Milli Şuranın son sessiyasında müəyyən narazılıq yaranıb. Partiyanın Milli Şuradakı təmsilçisi Akif Hüseynov Milli Şuradan istefa verdiyi açıqlayıb. B.Əbil söylədi ki, hələ Milli Şura A.Hüseynovun istefası barədə müzakirə aparıb qərar verməyib: “Milli Şuranın quruluşu belədir ki, fərdi şəkildə quruma üzv qəbulu olur. Keçən sessiyada Mirmahmud ağa da öz fikirlərini söylədi. Hələ sessiyadan əvvəl partiyanın İdarə Heyətinin iclası oldu, orada qərara gəldik ki, Mirmahmud Mirəlioğlunun rəhbərliyi ilə Milli Şurada qalaq. Biz hesab edirik ki, Milli Şura hansısa bir partiyanın təsir dairəsində olmamalıdır. Hansısa partiyanın rəqabət və vuruş meydanına da çevrilməməlidir. Orada vətəndaş cəmiyyətinin geniş spektri, o cümlədən partiyalar təmsil olunmalıdır. Biz orada təmsil olunanlara öz şərtlərimizi də bildirmişik”.

Qeyd edək ki, Milli Şuranın mayın 3-də keçirilən son sessiyasında KXCP ilə AXCP arasında mübahisə düşüb. KXCP rəhbərliyi cəbhəçilərin Milli Şuraya üzv qəbul edilməsinə etiraz olaraq təşkilatdan ayrıldıqlarını bəyan etmişdi.

Nərgiz


Müəllif: