16 Dekabr 2021 14:01
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Ağdam rayonunda traktorun minaya düşməsi barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirktlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov