Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində işğaldan azad edilən ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Xocavənd və Laçın Rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metal qalıqları yığmaq məqsədi ilə işğaldan azad edilən ərazilərə daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılıb.
Araşdırmalarla onların Ağcabədi rayon sakinləri - Elmin Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib.
Hazırda faktla bağlı Xocavənd rayon polis şöbəsində araşdırma aparılır.
Daxili İşlər Nazirliyi mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlara bir daha işğaldan azad edilən ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.