19 Dekabr 2021 09:22
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabr ayının 18-də Ağstafa rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman 90-VE-205 dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud surətdə pozduğuna və avtomobilinə konstruksiya dəyişikliyi etdiyinə görə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bu zaman sürücü-Ağstafa rayon sakini, Zülfüqar Vəliyev polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, onlarla sözlü münaqişə yaradıb və ictimai asayişi kobud surətdə pozub.

Bununla bağlı olaraq Z.Vəliyev saxlanılaraq rayon polis şöbəsinə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Z.Vəliyev 8 sutka müddətinə inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov