Rusiyada Kemerovo vilayətinin Leninsk-Kuznetski şəhərində A.D.Ruban adına kömür mədənində şaxtaçılar təxliyə edilir.
Teleqraf.com xəbər verir ki, buna səbəb baş verən yanğındır.
Qeyd olunub ki, hazırda 128 şaxtaçı təxliyyə edilir.
Qeyd edək ki, Kemerovo vilayətinin şaxtalarında iki mindən çox qanun pozuntusu aşkar edilib, onlara görə 837 inzibati iş açılıb. Bunlardan 346-sı əməyin mühafizəsi standartlarının pozulması ilə bağlıdır.