21 Dekabr 2021 10:50
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Ağdam rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Quzanlı qəsəbəsində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb.

Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 21-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 143 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 138 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 65 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Müəllif: Hacı Zeynalov