23 Dekabr 2021 11:51
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Mənsur Musayev və Nəsir Cahangirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hazırlıq iclası dekabrın 30-na təyin edilib.

***

10.40

Azərbaycan hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Mənsur Musayev və Nəsir Cahangirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Mənsur Musayev və Nəsir Cahangirov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqla Azərbaycan vətəndaşları - 1980-ci il təvəllüdlü Mənsur Cumayevin və 1971-ci il təvəllüdlü Nəsir Cahangirovun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.

Məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olmuş və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər.

İstintaq orqanı tərəfindən Mənsur Cumayev və Nəsir Cahangirovun barəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər