6 May 2014 18:14
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda da Ukraynadakı proseslər yaşana bilərdi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, çox güman ki, Azərbaycan hazırda Ukraynanın aqibətini yaşayacaqdı. Biz 1988-1993-cü ildə ölkədə xaotik vəziyyətin, çaxnaşmanın, işğalın şahidi olmuşuq. Əgər həmin illərdəki siyasi qüvvələr hakimiyyətdə qalsaydı, ölkənin daha bir neçə yerə parçalanması qaçılmaz idi. Ukraynadakı arzuolunmaz duruma səbəb hakimiyyətdə güclü siyasi liderin olmamasıdır".

Bunu Teleqraf.com-a açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib. Onun sözlərinə görə, əgər Ukraynanın mərhum prezident Heydər Əliyev kimi siyasi lideri olsaydı, ölkə heç vaxt indiki qədər məşəqqətlər yaşamazdı: "Təcrübə göstərir ki, ölkənin ərazi bütövlüyünün, siyasi sabitliyin qorunub saxlanılması hakimiyyətdəki siyasi qüvvənin və onun liderinin gücündən çox asılıdır. Heydər Əliyevin 90-cı ildə Rusiyadan Naxçıvana gəlməsi, 1993-cü ilin iyununda Bakıya qayıdışı və dövlətə başçılıq etməsi Azərbaycanı bir sıra təhlükələrdən qorudu. Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs zamanın sınağından uğurla çıxdı".

Q.Əliyev onu da qeyd etdi ki, Azərbaycandakı siyasi hakimiyyət ölkədəki sabitliyin qarantıdır: "Görürsünüz, Ukraynada hakimiyyətə gələn yeni qüvvələrin siyasi təcrübəsi az və slnaqdan uğurla idarəçilik sistemi olmadığı üçün ölkəni idarə edə bilmədilər. Bütün bunlar onu göstərir ki, Azərbaycandakı sabitlik heç də təsadüfi, hansısa kənar stüasiyanın məhsulu deyil. Müstəqil və sabit Azərbaycanın memarı Heydər Əliyevdir"

Ruslan


Müəllif: