Xəzər dənizində 4 bala yaxın zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yerli vaxtla saat 07:49-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
"Zəlzələnin dərinliyi 62 kilometr, maqnitudası 3,8 olub", - məlumatda qeyd edilir.