28 Dekabr 2021 14:28
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyətində pirotexniki və tezalışan maddələr satan Neftçala rayon sakini saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Neftçala rayon polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Sərraf Kazımovun özünə məxsus fərdi yaşayış evinin həyətində gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satıldığı müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər