Sabirabad rayonunda içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki evlərin birindəki seyfdən 2 000 manat pul və 7 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Rüstəmli kənd sakini, əvvəllər məhkum olunmuş B.Nağıyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.