Kürdəmirdə bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Xəyal Şıxaliyevin cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün hakim Aqil Musayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 11-nə təyin edilib.
İttihama görə, bu ilin sentyabrın 15-də, saat 16 radələrində Kürdəmir rayon sakini, 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Xəyal Şıxalıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.