Tərtərdə müştərilərə qəlyan təklif edən çay evinin inzibatçısına cinayət işi başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Tərtər rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.
Çay evinin inzibatçısı Cəsur Abışova bundan öncə eyni əməli törətdiyinə görə inzibati qaydada protokol tərtib edilib.
Lakin o, karantin rejiminin tələblərinə məhəl qoymayaraq pozuntu hallarını davam etdirdiyindən barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi il cinayət işi başlanılıb, araşdırma aparılır.
Həmin çay evinin icarədarı R.Süleymanlı və işçisi A.Quliyeva barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.