Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayevin məhkəməsinin vaxtı məlum olub.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin edilib.
Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq.
İstintaq orqanı tərəfindən Bahadur Qocayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Bahadur Qocayev 70 min manatdan çox pulu mənimsəməkdə təqsirləndirilir.
Bahadur Qocayev vaxtilə MTN-in Qusar və Kürdəmir rayon şöbələrinin rəisi vəzifələrində çalışıb.
O, 2016-cı ildə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən azad olunub.