7 Yanvar 2022 11:01
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər – Abşeron rayon sakinləri Məhəmməd Səmədov və Elnur Xəlilov saxlanılıblar.

M.Səmədovdan 4 kiloqram 153 qram, E.Xəlilovdan isə 470 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin narkotik vasitələrdən istifadə etməklə yanaşı Abşeron rayonu ərazisində satışını də təşkil etdikləri məlum olub.

Saxlanılan şəxslərdən biri Məhəmməd Səmədov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilib.

Faktlarla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər