Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.
1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.