Bakının Sabunçu rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, rayonun Maştağa qəsəbəsində 1984-cü il təvəllüdlü Həmidə Cəfərova, 1996-cı il təvəllüdlü Nərmin Məmmədova, Bakıxanov qəsəbəsində 1992-ci il təvəllüdlü Aysu Cəfərova, 1993-cü il təvəllüdlü Aliyə Həsənova və 1981-ci il təvəllüdlü Sona İsgəndərova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya çatdırılıblar.
Suraxanı rayonunda isə 2009-cu il təvəllüdlü Svetnova Ksenya Denisovna dəm qazından zəhərlənib və o, xəstəxanaya yerləşdirilib.
Paytaxtın Xəzər rayonunda da dəm qazından zəhərlənmə qeydə alınıb.
Binə qəsəbəsində 2003-cü il təvəllüdlü Gülyaz Kərimli yaşadığı evdə dəm qazından zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib.