Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı xəstəliyə yoluxmuş şəxs ictimai yerdə aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini K.Qurbani koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib.
K.Qurbani şəhər ərazisindəki çay evlərinin birində olduğu aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.