Xəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlıq 1-5 yanvar tarixləri arasında naməlum şəraitdə oğurlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə müvafiq dövlət qurumundan polisə şikayət daxil olaraq ümumilikdə hadisə nəticəsində yol infrastrukturuna 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib.
Xəzər Rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Şahin Şəfaqətov saxlanılıb.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs oğurladığı dəmir barmaqlıqları şəxsi avtomobili ilə metal qəbulu məntəqələrindən birinə apararaq orada satıb.
Faktlarla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.