6 May 2014 21:14
2 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən şərti olaraq azadlığa buraxılan sabiq millət vəkili Gülər Əhmədovanın hazırda bağ evində istirahət etdiyi bildirilir.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı keçmiş deputatın oğlu Toğrul Əhmədovla əlaqə saxlayıb. T.Əhmədov anasının harada olduğunu bilmədiyini deyib:

“Hazırda anamın harada olduğunu bilmirəm. Ümumiyyətlə, bu barədə danışmağa ixtiyarım yoxdur”.

Qeyd edək ki, sabiq millət vəkili G.Əhmədova ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı “rüşvət videoları”na görə saxlanılaraq barəsində 3 illik azadlıqdan məhrum etmə qərarı çıxarılmışdı. O, dünən dünən şərti olaraq azadlığa buraxılıb.


Müəllif: