19 Noyabr 2014 12:55
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü iclasında millət vəkili Leyla Abdullayeva bildirib ki, 2014-cü ildə makro iqtisadi şərait davam edib, inflyasiya bir rəqəmli saxlanılıb:

“Bir nəfərə düşən gəlir 4 % artıb. Azərbaycan iqtisadiyyatı dünyanın 40 ən rəqabətli iqtisadiyyatı sırasındadır. 2015-ci ilin büdcəsi lazım olan tələblərə tam cavab verir. Sumqayıtdan olan deputat kimi deyim ki, Sumqayıt öz xərclərini özü ödəyir. İki məsələyə görə müraciət etmək istəyirəm. Bu məsələlər üçün ayrıca vəsaitə ehtiyac var. Birinci məsələ Acıdərə axarı ilə bağlıdır. Bu axara yeraltı və kanalizasiya suyu axıdılır. Bəzi zavodlar da bura su axıdır. Acıdərə axarının ətrafında 10 mindən çox insan yaşayır.

Çirkab suları ekoloji problem yaradır, insanlara mənfi təsir göstərir. Sumqayıt şəhəri öz gücünə bu problemi həll edə bilməz. İkinci məsələ yataqxanalarla bağlıdır. 63 yataqxananın istismar müddəti keçib, qəzalı vəziyyətdə olanları var. Bu yataqxanaların ciddi təmirə ehtiyacı var. Bunun üçün xeyli maliyyə vəsaiti tələb edir. Bu iki problemin həlli üçün hökumətin dəstəyinə ehtiyac var”.

Nemət


Müəllif: