12 Yanvar 2022 13:13
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda sərnişin taksi sürücüsünü bıçaqla hədələyib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə dekabrın 28-də saat 22 radələrində A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini İ.Mirzəliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş bir nəfərin onu bıçaqla hədələyib, 70 manatını və mobil telefonunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Orucov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər